12px13px15px17px
Tarix:16/05/21

Ən sərfəli “Android” smartfonları məlum olub

"Realme GT Neo", "Xiaomi Redmi K30S" və "Iqoo 7" qiymət və keyfiyyət nisbəti baxımından ən yaxşı smartfonlar seçilib. Bu barədə "AnTuTu" saytında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, Çin saytının mütəxəssisləri tərəfindən qurğuların gücü və qiyməti qiymətləndirildikdən sonra onların reytinqi tərtib olunub. Hər kateqoriyada yüksək pilləni qiymət və məhsuldarlıq arasında ən yaxşı balansla fərqlənən telefon tutub. İki min yuanadək aşağı qiymət diapazonunda "Realme GT Neo", "Redmi K40" və "Motorola Edge S6 " lider olub. Məsələn, birinci qurğu "Dimensity 1200" prosessoru ilə təchiz edilib, 6 giqabayt operativ və 128 giqabayt quraşdırılmış yaddaşa malikdir və 1800 yuan dəyərində qiymətləndirilib. Qurğunun gücü etalon, digər xüsusiyyətləri isə balanslaşdırılmış adlandırılıb.

 

Məlumata görə, 2-3 min yuan smartfonlar kateqoriyasında "Xiaomi Redmi K30S", "Redmi K40" və "Iqoo Neo 5" liderlik edib. 3-4 min yuan diapazonunda "Android" əsasında ən sərfəli qurğular "Iqoo 7", "OnePlus 9" və "Xiaomi 10S" seçilib. Beş min yuanadək dəyərə malik qurğular reytinqinə "Savior Gaming Phone 2 Pro", "Meizu 18" və "Tencent Red Devils 6 Pro" smartfonları daxil olub.

 

Beş min yuandan bahalı sonuncu qurğular kateqoriyasında liderliyə "Oppo Find X2 Pro", "Vivo X60 Pro" və "Xiamo Mi 11 Ultra" smartfonları yüksəlib. Məsələn, "Oppo Find X2 Pro" smartfonunun Çin bazarında qiyməti 6 min yuan təşkil edib.

 

Nizam Nuriyev





Baxış sayı: 938

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024