12px13px15px17px
Tarix:27/12/11

Bakıda üç yeni elektron ATS istifadəyə verilib

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakının ətraf kənd və qəsəbələrində yaşayan sakinlərin telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə yeni elektron ATS-lər tikilərək sakinlərin istifadəsinə verilir. Şəhərətrafı ərazilərdə 10-dan çox bu tip stansiyaların tikintisi planlaşdırılıb. Stansiyaların artıq üçü tikilərək istifadəyə verilib.

Bu barədə “İCTnews”-a məlumat verən birliyin baş direktor müavini Xankişi Kişiyev bildirib ki, Qaradağ, Xəzər, Sabunçu, Suraxanı, Binəqədi rayonlarının kənd və qəsəbələrində mövcud olan bütün stansiyaların yeni nəsil NGN stansiyaları ilə əvəzlənməsi istiqamətində də tədbirlər davam etdirilir.


 Qeyd edək ki, bu işlərə paralel olaraq xətt şəbəkəsinin müasirləşdirilməsi ilə sakinlərin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə etməsinə şərait yaranacaq.




Baxış sayı: 1411

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024