12px13px15px17px
Tarix:10/06/21

Düyməli telefonlarda “WhatsApp” üzərindən pulsuz zənglər əlçatan olub

“WhatsApp” messencerinin tərtibatçıları “KaiOS” əməliyyat sisteminin idarəetməsi altında işləyən düyməli telefonlar üçün yeniləmə çıxarıb. “Nokia” şirkətinin istehsalı olan ucuz aparatların böyük hissəsi bu sistemdən istifadə edirlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, yeniləmə sözügedən əməliyyat sisteminə pulsuz zənglər etmək imkanı əlavə edib. Lakin yeni funksiya yalnız “WhatsApp” messencerində işləyir, yəni hər iki abunəçidə sözügedən messencer quraşdırılmalıdır.

 

Zənglər ya “Wi-Fi”, ya da mobil internet vasitəsilə həyata keçirilir.

 

Qeyd edək ki, “KaiOS” əməliyyat sistemində “YouTube”, “Google” axtarış sistemi və hətta “Duo” səsli çatı əlçatandır. Əlbəttə ki sistemin xüsusiyyətlərinə görə bu proqramların imkanları məhduddur.

 

Emil Hüseynov





Baxış sayı: 845

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024