12px13px15px17px
Tarix:11/06/21

Dünyada smartfonların satışı 26 faiz artıb

2020-ci ildə kəskin azalmadan sonra 2021-ci ilin birinci rübündə son istifadəçilərə qlobal smartfon satışları 26 faiz artaraq 378 milyon ədədə yaxınlaşıb. Ümumiyyətlə, dünyada mobil telefonların satış həcmi illik hesablamada 22 faiz artıb. Bu barədə “Gartner” analitik şirkətinin yeni tədqiqatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, aparıcı smartfon brendləri üçlüyünə “Samsung”, “Apple” və “Xiaomi” şirkətləri daxildir. Sahə üzrə lider olan “Samsung” ötən rübdə 76,6 milyon smartfon sataraq ötənilki göstəricini 18,4 faiz yaxşılaşdırıb. Nəzərəçarpacaq artımı təmin edən amillər arasında analitiklər tərəfindən qiyməti 150 dollardan ucuz yeni smartfonların buraxılışı, eləcə də “5G” dəstəkli qabaqcıl modellərin erkən tədarükü qeyd olunur.

 

2020-ci ilin sonuncu rübündə liderliyə yüksələn “Apple” şirkəti yenidən ikinci pilləyə enib. Şirkət üçün əsas artım göstəricisi ötən il işıq üzü görən “5G” dəstəkli ilk “iPhone” modelləri olaraq qalır.

 

“Xiaomi” və ondan sonrakı mövqelərdə qərarlaşan “Vivo” və “Oppo” şirkətləri də satışlarda davamlı artım nümayiş etdiriblər. İstehsalçılar tərəfindən təklif edilən “5G” modellərinə yüksək tələbat var. Bundan başqa, Çin brendləri “Huawei” şirkətinin zəifləməsindən və “LG” korporasiyasının smartfonlar bazarını tərk etməklə bağlı qərarından faydalanıblar. “Xiaomi” smartfonlarının satışı 9,9 faiz artaraq 48,9 milyon ədədə çatıb. “Vivo” və “Oppo” şirkətlərinin satış həcmi isə 7,4 və 8 faiz artaraq 38,7 və 38,4 milyon qurğu təşkil edib.

 

Analitiklər qeyd edib ki, artıq əksər sahələrə öz təsirini göstərmiş qlobal yarımkeçiricilər komponentlərinin çatışmazlığı hələ ki smartfonlar sənayesinə təsir etməyib. Buna səbəb kimi isə bazarda tələb və təklif arasında balansın qorunması qeyd olunur.

 

Nizam Nuriyev





Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024