12px13px15px17px
Tarix:14/06/21

“Xiaomi” enerji toplayan çıxışla təchiz edilməyən smartfon təqdim edəcək

Çinin "Xiaomi" şirkəti enerjinin doldurulması üçün çıxışa malik olmayan smartfon buraxacaq: qurğunun enerji toplaması simsiz üsulla həyata keçiriləcək. Bu barədə "Gizmochina" nəşri məlumat yayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, port və çıxışla təchiz edilməyən smartfonların yaradılması imkanı şirkətin "HyperCharge" adlı simli və simsiz texnologiyasının təqdimatında müzakirə edilib.

 

Simsiz enerjidoldurma zamanı müvafiq blok smartfona 120 vatt gücündə enerji ötürə bilir. Texnologiya yaradıcılarının sözlərinə görə, "Xiaomi" şirkəti 2022-ci ildə "USB-С" çıxışı ilə təchiz edilməyən smartfon buraxacaq.

 

Həmçinin şirkət simli enerjidoldurmanın hələ də əsas enerji üsulu olmasının yeganə səbəbini açıqlayıb. Şirkət nümayəndələr qeyd edib ki, simli enerjidoldurma texnologiyası, eləcə də onun üçün infrastruktur hələ ki mükəmməl səviyyəyə gəlib çatmayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 1340

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024