12px13px15px17px
Tarix:27/12/11

2020-ci ilə internetə daxil olmaq üçün daha çox qurğudan istifadə olunacaq

“Ericsson” şirkətinin proqnozlarına görə, 2020-ci ilə 50 milyarda yaxın işlək elektron qurğu mobil operator və ya internet provayderlərin şəbəkələri vasitəsilə internetlə qarşılıqlı əlaqə yaradılacaq. Onların sırasına kompyuter, mobil telefon, noutbuk, televizor və digər elektron avadanlıqlar daxildir.

Şirkətdən bildirirlər ki, müasir elektron qurğuların əksəriyyəti mobil olmaqla internetə çıxış imkanı əldə edəcək. Şəbəkə imkanları demək olar hər yerə nüfuz edəcək və hazırkı bütün ev qurğuları internet şəbəkəsi ilə işləyə biləcək.

“Cybersecurity”-nin məlumatına görə, şirkət insanların müdaxiləsi olmadan bir qurğunun digəri ilə birləşərək məlumatları ötürəcək “M2M”-birləşmələr (Mashine-to-Mashine) sahəsində əhəmiyyətli inkişafın olacağını proqnozlaşdırır.

Hazırda birləşmələrin əksər hissəsi insanların müdaxiləsi ilə məhdudlaşır, yəni istənilən birləşmə bu və ya digər halda insandan asılıdır. Gələcəkdə isə bir-biri ilə insanlarsız “ünsiyyət” qura biləcək yeni qurğular yaradılacaq. Məhz belə qurğular qoşulmaların sayının artmasına zəmin yaradacaq.




Baxış sayı: 1334

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024