12px13px15px17px
Tarix:17/06/21

“Windows 7” sistemi “Nvidia” videokartlarının dəstəklənməsini dayandıracaq

"Nvidia" şirkəti ilin sonunda köhnə "Windows" əməliyyat sistemlərinin dəstəklənməsini dayandıracaq. Bu barədə şirkətin saytında dərc edilən məlumatda deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta." resursuna istinadən yazır ki, məlumata görə, "Nvidia" 2021-ci ilin oktyabrında "Windows 7", "Windows 8" və "Windows 8.1" əməliyyat sistemləri üçün proqram təminatlarının buraxılışını dayandıracaq. Əməliyyat sistemi ilə uyğunluq təşkil edən sonuncu proqram təminatı versiyası avqustun 31-də təqdim ediləcək. Oktyabrın 4-də videokartlar üçün növbəti proqram təminatı versiyası istifadəçilərin ixtiyarına veriləcək, lakin onu yalnız lisenziyalaşdırılmış "Windows 10" nüsxələrinin sahibləri öz kompüterlərinə quraşdıra biləcəklər.

 

Bildirilir ki, əksər "GeForce" istifadəçiləri "Windows 10" əməliyyat sisteminə keçib. "Steam" oyun platformasında aparılan sonuncu sorğuya görə, köhnəlmiş "Windows 7" sistemindən oyun həvəskarlarının 2 faizi istifadə etdiyi halda aktual "Windows 10" fərdi kompüterlərin 93 faizinə quraşdırılıb.

 

"Nvidia" tərəfindən köhnəlmiş sistemlərin dəstəyinin dayandırılmasına baxmayaraq "Windows 7", "Windows 8" və "Windows 8.1" 2024-cü ilin sentyabrınadək təhlükəsizlik yeniləmələri ilə təchiz olunacaq.

 

Populyar "Windows 7" sisteminin dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılıb. O vaxtdan "Microsoft" istifadəçilərdən "Windows 10" sisteminə keçməyi xahiş edir.

 

Yayın əvvəlində "Nvidia" şirkətinin baş direktoru Censen Huanq bildirib ki, videokartlar üçün qiymətlər 2021-ci ilin ikinci yarısında daha əlverişli olacaq. O vurğulayıb ki, bazarda videokart çatışmazlığı ilk növbədə tələbatın artması və komponent defisiti ilə əlaqədardır.

 

Nizam Nuriyev





Baxış sayı: 2265

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024