12px13px15px17px
Tarix:29/06/21

Böyük ekranlı “iPad” planşeti istehsal ediləcək

“Apple” şirkəti yaxın gələcəkdə böyük ekranlı planşet buraxa bilər. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, agentlik üçün hesabatda jurnalist Mark Qurmanın bildirdiyinə görə, şirkət böyük ekrana – 14-16 düym diapazonuna malik “iPad” üzərində iş aparır. Beləliklə, “Apple” noutbuk istifadəçilərinin bir hissəsini planşetlərə keçirmək konsepsiyasına sadiqlik nümayiş etdirir. Mütəxəssisin fikrincə, böyük ekranlı planşetlərin 2022-ci ildə buraxılacağını gözləməyə dəyməz.

 

M.Qurman qeyd edir ki, yaxın iki ildə ABŞ şirkəti 12,9 düym diaqonallı “iPad Pro” planşetlərini inkişaf etdirəcək. Lakin fərdi kompüterləri əvəzləyəcək məhsuldar planşetlərin buraxılış trendi göz qabağındadır.

 

Yayın əvvəlində bloger Zak Nelson yeni “iPad Pro” planşetini test edərək “Apple” mühəndisləri tərəfindən qurğunun korpusunun möhkəmləndirilməsini aşkarlayıb. O vurğulayıb ki, əvvəllər ABŞ korporasiyasının istehsalı olan planşetlər əyilmə zamanı sınırdı.

 

Nizam Nuriyev





Baxış sayı: 13083

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024