12px13px15px17px
Tarix:30/06/21

“Windows 11” sisteminin buraxılış tarixi məlum olub

“Microsoft” korporasiyasının yeni əməliyyat sistemi oktyabrın 20-də buraxılacaq. Bu barədə “The Verge” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, jurnalistlərin fikrincə, korporasiya “Windows 11” əməliyyat sistemini oktyabrın sonunda quraşdırmağa başlayacaq. Buna rəsmi təqdimat materiallarında əməliyyat sistemi interfeysinin tapşırıqlar panelində istifadə edilən yuxarıda qeyd olunan tarix işarə edir. Müəlliflər qeyd edib ki, 10/20/21 tarixi dəfələrlə “Windows 11” ekran görüntülərində (screenshot) göstərilib.

 

Həmçinin media mənbələrində yeni nəsil əməliyyat sisteminin qlobal yeniləməsinin oktyabrda gözlənilməsi ilə bağlı məlumatlar yer alıb. Lakin blogerlər tərəfindən dəqiq tarix göstərilmir. “Microsoft” rəsmən əməliyyat sisteminin buraxılış tarixini açıqlamayaraq “ilin sonunda” ifadəsi ilə kifayətlənir.

 

Bununla yanaşı, yeni əməliyyat sistemi dərhal bütün istifadəçilərin sərəncamına verilməyəcək. “Microsoft” texniki dəstək nümayəndələrinin “Twitter” səhifəsində verilən məlumata görə, “Windows 11” sistemi 2021-ci ilin sonunda buraxılacaq və istifadəçilərin fərdi kompüterlərinə bir neçə ay ərzində quraşdırılacaq. Sistem yeniləməsinin quraşdırılması 2022-ci ilin ortalarınadək davam edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 22496

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024