12px13px15px17px
Tarix:28/12/11

“Samsung” şirkəti mobil telefon satışlarının 15% artmasını ümid edir

İlkin hesablamalara əsasən, “Samsung” şirkəti cari ildə 325 milyon smartfon və mobil telefon sata bilər.
“Gartner” analitik şirkətinin məlumatına əsasən, Cənubi Koreya şirkəti hal-hazırda dünyada “Nokia” şirkətindən sonra ikinci mobil aparat istehsalçısıdır.

“Samsung” şirkəti üçüncü rübdə 78,6 milyon smartfon və telefon tədarük edib, bu isə bazarın 17,8%-i deməkdir. “Nokia” şirkətinin payı 23,9% təşkil edir.

Əgər yalnız "ağıllı telefon"lar seqmentinə nəzər salsaq, o zaman “Samsung” şirkəti liderdir. Şirkət keçən rüb 27,8 milyon smartfon satıb.“Samsung” şirkəti 2012-ci ildə mobil telefonlara tələbatın 15% artmasına ümid edir.




Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020