12px13px15px17px
Tarix:28/12/11

“Samsung” şirkəti qiymət sözləşməsinə görə 240 milyon dollar cərimə ödəyəcək

"Samsung", "Sharp" və digər 5 maye kristal panel istehsalçısı təxminən 540 milyon ödəməli olacaqlar, -"Röyters" xəbər agentliyi yazıb. Ən böyük cəriməyə (240 milyon dollar) "Samsung" şirkəti məruz qalıb.

"Sharp" şirkəti 115,5 milyon, "Chimei İnnolux" şirkəti 110,3 milyon, "Hitachi" şirkəti 39 milyon, "HannStar Display" şirkəti 25,7 milyon, "Chunghwa Picture Tubes" şirkəti 5,3 milyon, "Epson İmaging Devices" şirkəti isə 2,9 milyon dollar cərimə ödəyəcəklər.

Adları çəkilmiş şirkətlər 1999-2006-cı illər ərzində maye kristal ekranların  qiymətinin sabit saxlanılması haqqında razılaşıblar, bu isə öz növbəsində seqmentdə rəqabətin olmamasına gətirib çıxarıb.

2006-cı ilin dekabr ayında sözləşmənin üstü açılıb. O vaxtdan etibarən bir çox şirkətlər ümumilikdə cərimə şəklində təxminən 890 milyon dollar ödəyiblər.




Baxış sayı: 650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020