12px13px15px17px
Tarix:28/12/11

“Milli Net-2011” müsabiqəsinin qalibləri seçilib

Milli İnternet Mükafatı - “Milli Net 2011”-in  qaliblərinin  adları açıqlanıb. “Milli Net 2011” müsabiqəsinin bu ilki qalibləri 11 nominasiya (“Korporativ saytlar”, “Ictimai-sosial saytlar”, “Media və İnformasiya”, “Mədəniyyət, incəsənət və turizm”, “Ailə uşaq və sağlamlıq”, “Asudə vaxt, idman və əyləncə”, “Bloqlar”, “Elm və təhsil”, “Dövlət və bələdiyyə”, “Xidmət (Servis)”, “İstifadəçi kontenti üzərində qurulmuş saytlar”) üzrə müəyyənləşdirilib. 

SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəsmi internet saytı (http://www.sspf.gov.az, www.dsmf.gov.az) “Milli Net-2011” müsabiqəsinin “Dövlət və bələdiyyə saytları” nominasiyası üzrə qalibi (1-ci yer) seçilib.

11 nominasiya üzrə qalib gələnlərə Milli Net müsabiqəsinin tuncdan hazırlanmış xüsusi mükafatı - hörümçək toru əks olunan buta və diplom təqdim olunub. Eyni zamanda 2-ci və 3-cü yerləri qazananlara müsabiqənin diplomları verilib.

DSMF-nin rəsmi internet saytı 2004-cü ildən etibarən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 111 nömrəli 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə  təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə müəyyən edilmiş tədbirlərin icrası nəticəsində ötən il Fondun saytının  təkmilləşdirilmiş  yeni versiyası istifadəyə verilmişdir.

Saytın yeni versiyası sığorta-pensiya sahəsində görülən işlər barədə əhalinin məlumatlandırılması və internet səhifəsindən əhaliyə xidmət vasitəsi kimi istifadə edilməsi, elektron xidmətlərin göstərilməsi istiqamətində geniş imkanlara malikdir.

DSMF informasiya kommunikasiya texnologiyalarını uğurla tətbiq edən, əhali ilə ünsiyyəti informasiya texnologiyaları vasitəsilə qurmağa üstünlük verən ilk dövlət qurumlarından biridir.

Fond Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində “İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə” nominasiyasında müsabiqənin (2010-ci il) qalibi elan olunub, Fəxri Fərmanla təltif edilib.




Baxış sayı: 1175

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024