12px13px15px17px
Tarix:28/06/11

Operanın yaradıcısı hazırkı rəhbərliklə yola getmir

“Opera Software” yaradıcılarından biri (Yon Fon Teçner) şirkəti tərk edəcək. “Opera Software” əməkdaşlarına ünvanlanmış məktubda strateji məsləhətçi vəzifəsi tutan Fon Teçnerin Direktorlar Şurası və şirkət rəhbərliyi ilə fikir ayrılıqlarına görə tutduğu vəzifədən uzaqlaşacağı bildirilir.
“Opera Software”də Yon Fon Teçnerin iyun ayının 30-na qədər fəaliyyətini davam etdirəcəyi bildirilib. Gedişdən sonra o, şəxsi layihələri ilə məşğul olacaq. Həmin layihələr haqqında hələ açıqlama verilmir.
Xatırladaq ki, Fon Teçner 1995-ci ildə Qeyr İvarsee ilə birlikdə “Opera Software”nin əsasını qoyub. Qeyr İvarsee 2006-cı ildə vəfat edib. 2010-cu ilə qədər Fon Teçner şirkətin icraçı direktoru vəzifəsini tutub. Bundan başqa, şirkətin 12,3 faiz səhmi Fon Teçnerə aiddir və o, hələ onları satmağı planlaşdırmır.
Opera Software Opera səyyahının və Opera Mini və Opera Mobile mobil səyyahlarının istehsalçısı kimi məşhurdur. Net Applications statistika xidmətinin məlumatına görə, bazarda Opera səyyahlarının payı 3,3 faiz təşkil edir.



Baxış sayı: 1175

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024