12px13px15px17px
Tarix:28/06/11

Azərbaycan “İntel” Ümumdünya Elmi-Texniki Sərgisinə qoşuldu

2008-2012-ci illərdə Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycan “İntel” Ümumdünya Elmi-Texniki Sərgisinə (İntel İSEF) qoşulub. Sözügedən forum şagirdlər arasında keçirilən dünyanın ən genişmiqyaslı elm müsabiqəsidir. Hər il müsabiqənin final mərhələsində 50-dən çox ölkəni təmsil edən 3 minə yaxın şagird iştirak edir.
“İntel İSEF” zamanı şagirdlər onları maraqlandıran sahələrdə çalışan alim və mühəndislərlə ünsiyyət saxlamaq, onlara sual vermək və qarşılarında açılan perspektivlər haqda daha geniş məlumat əldə etmək imkanını əldə edirlər. “İntel İSEF” müsabiqəsinin 20-dən çox qalibi daha sonradan “Nobel” laureatı, 3-ü isə - riyaziyyat sahəsində ali mükafat olan “Filds” mükafatı laureatı seçilmişlər.
Bu il Azərbaycan 2012-ci ildə keçiriləcək müsabiqəyə qoşulmağa hazırlıq məqsədilə 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı çərçivəsində milli səviyyədə şagirdlər arasında müsabiqə keçirməyi planlaşdırır. Müsabiqə ilə yaxından tanış olmaq üçün Azərbaycan nümayəndə heyəti cari ilin may ayında Los-Ancelesdə keçirilmiş Ümumdünya forumunda iştirak etmişdir. Nümayəndə heyətinə Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə və «Mədəd» təşkilatının nümayəndəsi Ülkər Babayeva daxil idi.
“İntel İSEF”-in bütün iştirakçıları yerli, regional və milli səviyyələrdə keçirilən regional mərhələlər zamanı seçilirlər. Hər bir regional müsabiqə “İntel”-in Ümumdünya elmi-texniki müsabiqəsinə iki fərdi və bir komanda layihəsini təqdim edə bilər.
1950-ci ildə Amerika ictimaiyyətinin gücü hesabına təşkil olunan İSEF 13-18 yaş arası yeniyetmələr üçün nəzərdə tutulmuş bu cür yeganə beynəlxalq tədbirdir. Jürinin tərkibinə daxil olan hakimlər ABŞ-ın aparıcı institutlarının (Elektrik və Elektronika Mühəndisləri İnstitutu (İEEE), Hesablama Maşınları Assosiasiyası (ACM)) professor və əməkdaşlarıdır.
“İntel İSEF” müsabiqəsinin mükafat fondu 4 milyon ABŞ dollardan çoxdur. O, mükafat və təqaüd şəklində bölüşdürülür.



Baxış sayı: 1173

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024