12px13px15px17px
Tarix:30/12/11

“LTE” dəstəkli “Windows” smartfonları 2012-ci ildə çıxacaq

Yanvar ayının 10-dan 13-ü tarixinədək Las-Veqasda (Nevada, ABŞ) keçiriləcək “CES 2012” sərgisində “LTE” dördüncü nəsil mobil əlaqəsini dəstəkləyən “Windows Phone 7” platformasında olan smartfonlar təqdim ediləcək.

Artıq “Nokia ACE”, “HTC Radiant” və “Samsung Mendel LTE” aparatlarının hazırlandığı bildirilib. Onlar 2012-ci ilin birinci-ikinci rübündə bazara çıxarılacaqlar.

“Gartner” analitik şirkətinin hesablamasına əsasən, üçüncü rübdə  təxminən 115 milyon smartfon tədarük edilib. Onlardan “Windows” aparatlarının payına yalnız 1,5% düşüb. Müqayisə üçün: “Android” smartfonlarının payı 52,5%, “iOS” aparatlarının payı isə 15% təşkil edib.




Baxış sayı: 780

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024