12px13px15px17px
Tarix:05/01/12

“iPhone 4S” smartfonları daha 22 ölkəyə tədarük olunacaq

"Apple" şirkəti "iPhone 4S" smartfonunun daha 22 ölkəyə tədarük ediləcəyini rəsmən elan edib. Amerikalılar üçün ən əhəmiyyətli bazarlardan biri Çindir, "Apple" məhsullarına orada həmişə tələbat var. ÇXR-də (Çin Xalq  Respublikası) artıq yanvar ayının 13-dən etibarən smartfonu almaq mümkündür.

Həmin gün "iPhone 4S" smartfonunu bir çox ölkələrdə almaq mümkün olacaq. Həmin ölkələr Angilya, Antiqua və Barbuda, Boliviya, Botsvana, Britaniya Virciniya adaları, Kamerun, Kaymanov adaları, Mərkəzi Afrika Respublikası, Dominik, Dominikan Respublikası, Ekvador, Qrenada, Quam, Qvineya, Kot-d'İvuar, Keniya, Madaqaskar, Mavrikiy, Mali, Niger, Seneqal, Sent-Vinsent və Qrenadini, Trinidad və Tobaqo, Terks və Kaykos, Uqanda və Yamaykadır. Beləliklə, yanvar ayının ortalarından etibarən smartfonu 90-dan çox dövlətdə almaq mümkün olacaq.

Məlumat üçün bildirək ki, yanvarın 24-də "Apple" korporasiyası ötən rübün maliyyə nəticələri haqqında hesabat verəcək. Analitiklər "Apple" şirkətinin smartfonların rekord satışları haqqında məlumat verəcəyini gözləyirlər.




Baxış sayı: 1252

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024