12px13px15px17px
Tarix:06/01/12

Gədəbəydə müasir rabitə sistemi qurulur

Gədəbəy rayonunda 21 kənddə elektron  ATS quraşdırılıb. Bu barədə məlumatı rayon Telekommunikasiya Qovşağının rəisi Ramin Məmmədov verib.

Onun sözlərinə görə, rayonda ATS-lərin elektronlaşdırılması işi sona çatıb. Rayonda rabitə üzrə abonentlərin sayı artıq 5700-ə çatıb.

İnternet istifadəçilərin sayında da artım müşahidə edilib. Rayon rabitəsinin Şəmkir istiqamətində TAE fiber-optik kabel xəttinə birləşməsindən sonra artıq kəndlərə də yüksəksürətli internet vermək mümkün olub.

R.Məmmədov qeyd edib ki, ötən ilin  əvvəli ilə müqayisədə rayonda yüksəksürətli internet istifadəçilərin sayı iki dəfə artaraq 150-yə çatıb.Qeyd edək ki, rayonda hazırda “Aztelekom” və “Data+” olmaqla iki provayder fəaliyyət göstərir.
 




Baxış sayı: 1357

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024