12px13px15px17px
Tarix:06/01/12

2012-ci ildə “Arianespace” 13 kosmik raket buraxacaq

Avropanın “Arianespace” kosmik-raket şirkəti 2012-ci ilə 13 kosmik raket buraxılışının planlaşdırıldığı barədə məlumat verib. Həm də şirkət ilk dəfə olaraq hər 3 kateqoriyadan ibarət raketlərin buraxılmasını həyata keçirəcək.

2012-ci ildə yeddi “Ariane 5” ağır raketdaşıyıcısı, Rusiyanın orta kateqoriyaya aid beş “Soyuz” raketdaşıyıcısı və Avropanın yeni yüngül raketdaşıyıcısı “Vega”nın ilk startı olacaq.

Orbitə startı nəzərdə tutulan buraxılışlar arasında martın 9-da Beynəlxalq kosmik stansiyaya çıxarılacaq Avropanın “Edoardo Amaldi” kosmik yük gəmisi də var.

Xatırladaq ki, 2010-cu ildə imzalanan müqaviləyə əsasən, “Arianespace” şirkəti 2012-ci ilin dördüncü rübündə “Ariane-5ECA” raketdaşıyıcısı vasitəsilə Azərbaycanın ilk telekommunikasiya peykini də orbitə çıxaracaq.




Baxış sayı: 1094

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024