12px13px15px17px
Tarix:09/01/12

“Ağıllı” televizor, planşet və smartfon

Çinin “Lenovo” şirkəti bu gün “CES 2012” sərgisində təqdimat üçün hazırladığı yeni məhsullarını elan edib. Çin istehsalçısı yeni 55 düymlü “ağıllı” televizor, yeni planşet və smartfon, həmçinin bütün yeniliklərin məzmunla işləməsi  üçün şəxsi “bulud” xidmətini təqdim edəcək.

Yeni 55 düymlü “K91” televizoru “Android 4.0” əsasında işləyir, “HD” videonu əks etdirə bilən “İPS” ekrana malikdir. Daxilində isə 1,5 QHz takt tezliyi ilə işləyən ikinüvəli prosessor, 1 Qb əməli yaddaş və daxili 5 meqapikselli kamera var.

Kamera yalnız videoəlaqə üçün deyil, həm də “Android 4.0” əməliyyat sisteminin işi üçün lazımdır. “Lenovo” şirkəti “ağıllı “televizorda interfeysi  “Sandwich UI” adlandırır. Onun vasitəsi ilə istifadəçilər internet-əlavələrlə işləyə və adi TV rejiminə keçə bilərlər.
 
Şirkət, həmçinin “İce Cream Sandwich” əməliyyat sistemi əsasında işləyən yeni “Lenovo IdeaTab S2” “Android” planşetini təqdim edəcək. Yenilik 1,5 QHz takt tezlikli ikinüvəli prosessorla, 1 Qb əməli yaddaş ilə təchiz edilib.

Daxili yaddaş seçimdən asılı olaraq 16, 32 və 64 Qbayt təşkil edir. “IdeaTab S2” planşeti ölçüsünə görə təxminən “iPad 2” planşetinə uyğundur. “Wi-Fi” və ya “3G” vasitəsilə internetə daxil olmaq mümkündür.

Nəhayət, smartfon kimi “Lenovo S2” aparatı elan edilib. O da “Android” əsasında işləyir. Smartfon öz xüsusiyyətlərinə görə daha əvvəl təqdim edilmiş “LePhone” smartfonuna oxşardır.

“S2” smartfonu 800x480 piksel kəskinlikli 3,8 düym ekrana, 1.4 QHz takt tezlikli birnüvəli mobil prosessora  və 512/1024 mb əməli yaddaşa (modeldən asılıdır) malikdir.  Daxili yaddaş seçimdən asılı olaraq 8 və ya 16 Qb təşkil edir. Aparatın ön hissəsində 8 meqapikselli kamera yerləşir.
 
 
 




Baxış sayı: 1235

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024