12px13px15px17px
Tarix:09/01/12

"Azərpoçt" MMC və “Atəşgah” anlaşdı

"Azərpoçt" MMC daha bir sığorta şirkəti -"Atəşgah"la saziş imzalayıb. Müqaviləyə görə, "Atəşgah" "Azərpoçt"un poçt filialları və şöbələri vasitəsilə sığortaçılara icbari və könüllü sığorta üzrə xidmətlər göstərəcək.

Müqavilə ölkə əhalisinin şirkətin məhsul və xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə sadələşdirir. "Azərpoçt"la əməkdaşlıq şirkətin müştəri bazasını bir neçə dəfə artırmağa imkan verəcək.

Poçt operatorunun şöbələrində şirkətin işlədiyi sığortanın bütün növləri üzrə məhsullar satılacaq. Poçt şöbələrində polislərin satışı tamamilə avtomatlaşdırılaraq elektron şəkildə həyata keçiriləcək.

  "Azərpoçt"MMC bu gün poçt operatoru kimi ölkədə ən şaxələndirilmiş filial şəbəkəsinə malikdir. Müəssisənin ölkə üzrə 1550-yə yaxın şöbəsi var ki, onların mütləq çoxluğu avtomatlaşdırılmış korporativ şəbəkəyə birləşdiriliblər.

1000-ə yaxın poçt şöbəsi tamamilə avtomatlaşdırılıb. "Azərpoçt"da işlərin avtomatlaşdırılması üçün dövlət maliyyələşdirilməsi ayrılarkən əhalinin ən ucqar kəndlərdə bank və maliyyə xidmətlərindən istifadəsinin təmin olunması da nəzərə alınıb.

"Azərpoçt"MMC 100-ə yaxın şirkətlə müqavilə imzalayıb.Müqavilədə əsas tələb əhalinin sığortanın icbari növlərinə çıxışının daha asan şəkildə təmin olunmasıdır.Qeyd edək ki, bundan əvvəl "Azərpoçt"MMC "ATA sığorta" ilə oxşar müqavilə imzalayıb.






Baxış sayı: 1334

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

23 02 2020