12px13px15px17px
Tarix:09/01/12

Londonda ən böyük pulsuz “wi-fi” zona yaradılacaq

2012-ci il Yay Olimpiya Oyunları ərəfəsində Londonda simsiz internetə sərbəst çıxışlı böyük zona yaradılacaq. “Wi-Fi” xidmətlərini mobil rabitə operatoru “O2” şirkəti Britaniya paytaxtının mərkəzi rayonlarında – Vestministr, Kensinqton və Çelsidə təqdim edəcək. Pulsuz “wi-fi”-ın təmini üçün avadanlıq küçələrin işıq dirəklərində cari ilin martınadək quraşdırılacaq. 

Ekspertlər hesab edirlər ki, yeni servis çox populyar olacaq, xüsusilə ona görə ki, xarici turistlər bəzən mobil rabitənin baha olmasından narahat olurlar, lakin bununla yanaşı əlavə edirlər ki, olimpiada zamanı onun fasiləsiz işini təmin etmək lazımdır. Bu barədə  BBC məlumat yayıb.

Layihənin digər müsbət məqamı ondan ibarətdir ki, pulsuz çıxışın təşkili hakimiyyət orqanları və vergiödəyiciləri tərəfindən xərc tələb etmir.

Öz növbəsində “O2” operator layihəni kommersiyalı hesab etmir və ilk növbədə öz imicini möhkəmləndirməyə çalışır. Bununla belə, bəzi çəkilən xərclər reklamla kompensasiya ediləcək. 

Qeyd edək ki, olimpiadadan sonra pulsuz internet şəbəkəsinin Londonun mərkəzi rayonlarında qorunub saxlanılacağı gözlənilir.




Baxış sayı: 1308

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024