12px13px15px17px
Tarix:10/01/12

“Kinect” oyun kontrollerinin satışları 18 milyonu ötüb

“Microsoft” korporasiyasının baş direktoru Stiv Ballmer bu gün “CES 2012” sərgisində öz təqdimatı zamanı bildirib ki, “Kinect” oyun kontrollerinin satışları 18 milyonu ötüb.

Həmçinin o bildirib ki, fevral ayının 1-i tarixindən  bu oyun qurğusu “Windows (7 və 8)” əməliyyat sistemi ilə işləyən kompyuterlər üçün də əlçatan olacaq.
Ballmerin sözlərinə əsasən, “Xbox” və “Kinect” oyun məhsulları “Microsoft” üçün son zamanlar ən uğurlu məhsullardan olub. “Microsoft” korporasiyası “Kinect” qurğusunun, xüsusi olaraq fərdi kompyuterlərdə istifadə edilməsi üçün nəzərdə tutulmuş variantını istehsal edəcək.

Qeyd edək ki, “Kinect” istifadəçinin hərəkət və səsinə reaksiya verən kontrollerdən ibarətdir. “Kinect” əvvəlcə yalnız “Xbox” oyun konsolu üçün mövcud idi.

Lakin bu yaxınlarda “Microsoft” korporasiyası bildirib ki, “Kinect”də böyük potensial görür və fərdi kompyuterdə tibb, istehsal, robot texnikası və digər peşəkar sahələrdə “Kinect” ilə işləməyə imkan verən proqram təminatı çıxarmağı planlaşdırır.
 




Baxış sayı: 1155

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024