12px13px15px17px
Tarix:10/01/12

Ötən il qeydiyyatdan keçməyən 1174 radioelektron vasitə aşkarlanıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezlikləri İdarəsi (DRİ) tərəfindən ötən il 892 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib.

Texniki baxış zamanı DRİ-də qeydiyyatdan keçməyən 1174 müxtəlif növ REV aşkarlanıb. Onlardan 457-si qeydiyyata salınmış, 400-ü  möhürlənmiş, 40-ı silinib.  Hazırda  277 REV-in qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 96 protokol yazılmış, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
                                        



Baxış sayı: 1566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024