12px13px15px17px
Tarix:12/01/12

“Kodak” şirkəti “Apple” və “HTC” şirkətlərini intellektual mülkiyyət oğurluğunda ittiham edib

“Eastman Kodak” şirkəti “Apple” və “HTC” şirkətlərini intellektual mülkiyyət oğurluğunda ittiham edib.
“Apple” şirkəti 4 patentlə qorunmuş texnologiyaların qeyri-qanuni istifadəsində günahkar bilinir.

Tayvanın “HTC” şirkəti bir patent pozuntusunda ittiham edilir. Söhbət rəqəmli təsvirlərin emalı və mübadiləsi üsullarından gedir.

“Kodak” şirkəti israr edir ki, qorunmuş texnologiyalar “Apple” və “HTC” şirkətlərinin mobil telefonları, smartfonlar, planşetlər və digər qurğularında qeyri-qanuni tətbiq edilir. İddiaçı cavabdehlərin kompensasiya ödəməsinə və qorunmuş texnologiyaların qeyri-qanuni olaraq istifadə edildiyi qurğuların satışlarına qadağa qoyulmasına nail olmaq niyyətindədir. Müvafiq sorğu artıq ABŞ-ın  Beynəlxalq Ticarət Komissiyasına (ITC) göndərilib.




Baxış sayı: 1169

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024