12px13px15px17px
Tarix:12/01/12

Tələbələr pulsuz internetdən istifadə edəcək

Yaxın günlərdə Sumqayıt Dövlət Universitetində müəllimlərin və tələbələrin pulsuz internetdən istifadə etməsi üçün “Wi-Fi” sistemi quraşdırılacaq. Bu barədə «ictnews.az»-a “İREX” beynəlxalq təşkilatın hüquqşünası Ələsgər Məmmədli məlumat verib.

O bildirib ki, Azərbaycan dövlət universitetlərində tələbələrin və müəllimlərin sərbəst istifadə etdiyi yerlərdə, yəni kitabxanalarda və yeməkxanalarda pulsuz internet istifadə etməsi üçün adıçəkilən sistemin keçən ildən quraşdırılmasına başlanılıb.

Artıq Bakı Dövlət Universitetinin əsas korpusunda, Tibb Universitetində , Neft Akademiyasında belə bir sistemin quraşdırıldığını vurğulayan Ə.Məmmədlinin sözlərinə görə, imkanları olsa,
Gəncə və Lənkəran Dövlət universitetlərində də bu sistemlərdən yerləşdiriləcək: «Məqsədimiz tələbələrin və müəllimlərin kütləvi şəkildə pulsuz sürətli internetdən istifadə edərək özlərinin axtardıqları məlumatları istər kompyuter, istərsə də mobil telefon vasitəsi ilə əldə edə bilmələridir.

Biz ilkin olaraq bir il müddətinə həm texniki xidmət, həm istifadə üçün lazım olan internetin alımını təşkil etmişik.

Ümid edirəm ki, layihəmiz stimul olacaq və vaxt bitdikdən sonra bu işi universitetlər özləri davam etdirəcəklər. Bizdə internetin qiyməti aşağı salınıb. Ona görə də bu işləri davam etdirmək üçün elə də böyük vəsait tələb olunmur».
 
 
 




Baxış sayı: 1366

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024