12px13px15px17px
Tarix:14/01/12

“Google” şirkəti Çin bazarında biznesini genişləndirir

Etibarlı mənbələrin məlumatına əsasən, “Google” şirkəti Çin bazarında mövqelərini gücləndirmək niyyətindədir.

“Google” və rəsmi Pekin arasında olan münasibətlər isə gərgin olaraq qalır, buna səbəb isə 2010-cu ilin əvvəlində baş vermiş münaqişədir. O zaman  bildirilmişdi ki, “Google” serverləri yüksək səviyyədə təşkil edilmiş və məqsədyönlü kiberhücuma məruz qalıb.

“Google” bu hadisədə isə Çin dövlətindən şübhələnirdi. Bundan sonra “Google” şirkəti Çin Xalq Respublikasında (ÇXR) axtarış nəticələrinin filtrasiyasının dayandırılması və “Google.cn” ziyarətçilərinin avtomatik olaraq “Google.com.hk” Honkonq serverlərinə yönləndirilməsi haqqında bildirdi.

Hal-hazırda isə bildirilir ki, “Google” şirkəti yerli hakimiyyətin təzyiqinə baxmayaraq yenidən Çinə qayıtmağı planlaşdırır. Veb-korporasiya hazırlama və satış üzrə mütəxəssislər işə götürərək Çin nümayəndəliyinin ştatını genişləndirməyi planlaşdırır. Bundan əlavə, xüsusi olaraq, Çin istifadəçiləri üçün nəzərdə tutulmuş bir sıra xidmətlər istifadəyə veriləcək.




Baxış sayı: 653

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024