12px13px15px17px
Tarix:14/01/12

Bakıda qızlar üçün internet-klub açılıb

Bakıda yalnız qızlar üçün internet-klub açılıb. Klub metropolitenin «Gənclik» stansiyasının yaxınlığında fəaliyyət göstərir, klub saat 09:00-dan 20:00-a müştərilərini xidmətlə təmin edir. Qapısına «Xanımlar üçün» elanı vurulmuş internet salonda kompyuterlərə nəzarət olunur, bəzi saytlara girişə qadağa qoyulub.

Klubun rəhbəri bildirib ki, əsasən də erotikanı, pornoqrafiyanı təbliğ edən saytlara giriş xüsusi proqramlar vasitəsi ilə məhdudlaşdırılıb. Burada qiymətlər də baha deyil.

1 saat üçün 80 qəpik ödənilir. Bu qiymətə də çay, kofe, şokolad daxildir. Klubun rəhbərinin sözlərinə görə, müştərilərin sayı az deyil və onların davranışlarından razıdırlar. “Klubumuza gələnlərin çoxu tələbə qızlardır.

Onlar kurs işlərini və digər yazılarını yazmaq üçün bura təşrif buyururlar. Bununla yanaşı, başqa sahələrdə çalışan xanımlar tez-tez klubumuza gəlirlər”.
 
 
 




Baxış sayı: 2480

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020