12px13px15px17px
Tarix:14/01/12

Statistika sahəsində elektron xidmətlərin tətbiqi genişləndirilir

İşlənən informasiyaların həcminin artdığı və informasiya texnologiyalarının, texniki vasitələrin imkanlarının genişləndiyi şəraitdə Azərbaycan statistikası üçün vacib məsələlərdən biri statistik məlumatların elektron yığılmasının tətbiqi, Dövlət Statistika Komitəsinin internet-səhifəsinin və şəbəkə infrastrukturunun inkişafı da daxil olmaqla, statistik məlumatların yığılması, işlənməsi və yayılması sisteminin təkmilləşdirilməsi hesab edilir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, artıq ölkənin statistika orqanlarıda hesabatların elektron formada yığılmasına başlamış, 1500-dən çox müəssisə və təşkilatlar statistika hesabatlarını yalnız elektron formada təqdim edir.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsinin http://www.azstat.org/ səhifəsində xüsusi “Elektron xidmətlər” bölməsi yaradılmışdır.




Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024