12px13px15px17px
Tarix:16/01/12

8 yaşlı dahi: yeni Bill Qeyts böyüyür

İngiltərənin Satton Koldfild şəhərindəki “New Oscott School”-un 8 yaşlı şagirdi Cey Uilyam Birmingem yaxınlığındakı Erdinqton şəhərində yaşayır. O, ölkəsinin internet və telekommunikasiyalar sahəsindəki ən böyuk ümidlərindən biri sayılır. Mütəxəssislər onu "dahi", "yeni Bil Qeyts" adlandırırlar.

 2 yaşında kompyuterdə rahat işləməyə başlayan Cey 5 yaşına çatanda artıq proqramlar yazıb, kompyuterlərdə yaranan problemləri asanlıqla həll edib.

 5 yaşında olan Cey Avropadakı şirkətlərdən biri üçün sayt da hazırlayıb. Hazırda vunderkindlə Britaniyanın ən böyük, dünyanın isə ən iri telekommunikasiya şirkətlərindən biri “British Telecom” maraqlanır. Korporasiya Ceyi artıq "İnternet reynceri" mükafatı ilə təltif edib.
 




Baxış sayı: 1555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 May 2024

02 05 2024