12px13px15px17px
Tarix:17/01/12

Amerika kitabxanaları elektron kitabların həcminin artırılmasını tələb edir

“The Washington Post”-un məlumatına əsasən, Amerika kitabxanalarında kəskin kitab çatışmazlığı nəzərə çarpır. Çap variantında olan kitablar kiçik tirajlarla göndərilir və onlara görə növbələr yaranır.

Bir sıra kitabxana nümayəndələrinin fikrincə, problemi kitabların elektron versiyalarının buraxılış həcmini artırmaqla həll etmək olar.


Eyni zamanda bir çox naşirlər bilərəkdən "elektron" kitab bazarı ilə məşğul olmurlar. Onlar hesab edirlər ki, piratçılığa görə  əhəmiyyətli satış bazarı itirilə bilər.

Statistik məlumatlara əsasən, son il ərzində ABŞ kitabxanalarında elektron kitablara olan tələbat 116% artıb. Analitiklər bunun səbəblərindən biri kimi planşetlərin və hər cür riderlərin artan populyarlığını bildirirlər.




Baxış sayı: 1792

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024