12px13px15px17px
Tarix:18/01/12

Sabirabadda təbii fəlakət nəticəsində sıradan çıxmış telefon xətlərinin bərpası davam etdirilir

Kür çayının məcrasından çıxması nəticəsində yaşayış yerlərini tərk edən Sabirabad sakinlərinin evlərinin bərpa olunması ilə əlaqədar mənzillərinin telefonlaşdırılması işləri davam edir.

Sabirabad TKQ-nın rəisi Sabir Bağırov “İCTnews” elektron xəbər xidmətinə bildirib ki, Qasımbəyli kəndində konteyner tipli tikilidə 160 nömrə tutumlu  elektron ATS qurulub. Onun sözlərinə görə, bu günə qədər 45 abunəçinin telefonu bərpa edilib.

Bu kənd EATS-dən Muradbəyli və Axtaçı kəndləri sakinlərinə də telefon çəkiləcək. Bundan başqa “Aztelekom”İB-nin qərarına  əsasən, məlum fəlakət zamanı evləri yararsız hala düşən Saatlı rayonu Novruzlu kəndinin sakinləri üçün salınan yeni Novruzlu qəsəbəsində qurulan 128 nömrə tutumlu elektron ATS-ə xidmət etmək Sabirabad TKQ-yə həvalə olunub.

Hazırda qəsəbədə 20 abunəçinin mənzili telefonlaşdırılıb. Rəis yaxın vaxtlarda abunəçilərin yüksəksürətli internet xidmətlərindən istifadə etməsinə də şərait yaradılacağını bildirib.

Sabirabad TKQ tərəfindən digər kəndlərdə də rabitənin günün tələbləri səviyyəsinə gətirilməsi üçün tədbirlər həyata keçirilir. Belə ki, hazırda Qalağayın və Əhmədabad kəndlərinin mərkəzi elektron ATS-lə birləşdirici xətlərinin optik kabellə əvəzlənməsi istiqamətində son tamamlanma işləri həyata keçirilir.

Həyata keçirilən tədbirlər nəticəsində adıçəkilən kəndlərin sakinləri də müasir rabitə xidmətləri ilə təchiz ediləcək.

Qeyd edək ki, hazırda Sabirabad üzrə telefon abunəçilərinin sayı 7 min nəfər təşkil edir. 700 nəfərdən çox abunəçi  sürətli internet şəbəkəsinə qoşulub. 




Baxış sayı: 1170

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 May 2019

22 05 2019

22/05/19
Yenilənmiş “Apple MacBook Pro” noutbuku təqdim edilib

“Apple” şirkəti “MacBook Pro” noutbukunun ilk dəfə səkkiz nüvəli prosessorla təchiz edilən yenilənmiş mo

22/05/19
Dünyada “Əşyalar interneti” qurğularının sayı məlum olub

“Strategy Analytics” analitik şirkəti “Əşyalar interneti (IoT)” sahəsində qlobal avadanlıq bazarı üzrə

22/05/19
Beynəlxalq Kosmik Stansiyada uçan robotların sınağı keçirilib

Beynəlxalq Kosmik Stansiyada “Astrobee Bumble” uçan robotunun ilk sınaqları başa çatıb. Stansiyaya avtom

22/05/19
Avropanın smartfon bazarının həcmi 20% azalıb

2019-cu ilin birinci rübündə Avropanın smartfon bazarının həcmi ötən üç ayla müqayisədə 20%, ötən illə

22/05/19
Kvadrokopter və yerüstü nəqliyyat vasitəsinin hibridi yaradılıb

İsrail mütəxəssisləri kvadrokopter rejimində uçan və səth üzərində avtomobil kimi hərəkət edən qurğu ya

22/05/19
ABŞ-da elektronika döyüş başlıqlı raketlərlə məhv edilir

ABŞ Silahlı Qüvvələri hərbi və mülki elektronikanın məhvi üçün döyüş başlığı ilə təchiz edilən 20 rake

22/05/19
“Honor 20” və “Honor 20 Pro” modelləri rəsmən təqdim edilib

“Huawei” şirkəti Londonda “Honor 20” smartfonlarının yeni istehsal xəttini təqdim edib.

22/05/19
Milyonlarla “Instagram” istifadəçisinin telefon nömrəsi və elektron poçtu internetdə yerləşdirilib

2019-cu il mayın 20-də informasiya təhlükəsizliyi üzrə mütəxəssis Anuraq Sen “Instagram” istifadəçilərin