12px13px15px17px
Tarix:18/01/12

“Windows 8” əməliyyat sistemi quraşdırılan planşetlər xüsusi tələblərə cavab verməlidir

“Windows 8” əməliyyat  sistemi ilə işləyəcək planşetlər üçün aparat tələbləri məlum olub. Qurğular, məsələn, ən azı 1366x768 piksel təsvir ölçülü ekranla təchiz edilməli və eyni anda ən azı 5 toxunmanı tanımaq imkanına malik olmalıdır.

“Windows 8” əməliyyat sistemi ilə işləyəcək planşetlər məcburi surətdə 5  düyməyə malik olacaqlar.
Qurğular 720p təsvir ölçüsündə video çəkmək imkanına malik kamera, ən azı 1 ədəd “USB 2.0” portu, maqnitometr, “Bluetooth 4.0” ilə təchiz edilməli,  “WLAN”, jiroskop və akselerometri dəstəkləməlidirlər . Əgər aparata “NFC” modulu quraşdırılıbsa, onun yeri korpusda qeyd olunacaq.

Bundan əvvəl bildirilib ki, “ARM” prosessoru və “Windows 8” əməliyyat sistemi ilə işləyəcək planşetlərə digər əməliyyat sistemlərinin quraşdırılması qeyri-mümkün olacaq.
 




Baxış sayı: 2203

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024