12px13px15px17px
Tarix:19/01/12

Mark Zukerberq söz verdi...

"Facebook" təsisçisi Mark Zukerberq antipiratçılıqla mübarizəyə dair "SOPA" (Stop Online Piracy Act) və "Protect İP Act" (PİPA) qanun layihələrinə qarşı öz fikirlərini ifadə edib.

"Biz yaxşı düşünülməmiş qanun layihələrinin  internetin inkişafına mane olmağına imkan verə bilmərik" – o, sosial şəbəkədə öz səhifəsində belə yazıb.


"Facebook" "SOPA" və "PİPA" qanun layihələrinə qarşı çıxır və biz internetə zərər gətirəcək istənilən qanunlara qarşı çıxmağa davam edəcəyik" – Mark Zukerberq qeyd edib. O, həmçinin əlavə edib ki, ümumdünya şəbəkəsi dünyanın birləşdirilməsi üçün güclü vasitəyə çevrilib.

"Dünyanın ən böyük sosial şəbəkəsinin təsisçisi bildirib ki, bu gün dünyanın interneti dəstəkləyən siyasi liderlərə heç vaxt olmadığı kimi ehtiyacı var. Belə insanlar "SOPA" və "PİPA" kimi qanun layihələrinin ziyanını başa düşməyə qadirdilər"- deyə Mark Zukerberq qeyd edib.

Qeyd edək ki, dünən qalmaqallı qanun layihələrinə qarşı keçirilən irimiqyaslı internet aksiyasından sonra bir çox konqres üzvləri "SOPA" və "PİPA" qanun layihələri ilə bağlı öz fikirlərini dəyişdiriblər. 
 




Baxış sayı: 1194

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024