12px13px15px17px
Tarix:19/01/12

Əxlaqsız saytlar belarusların xoşuna gəlmir

Belarus Prezident Administrasiyası yanında İnformasiya və Analiz Mərkəzi internet istifadəçiləri ilə bağlı növbəti sorğunun nəticələrini dərc edib.  Nəticələrə görə, belaruslu internet istifadəçiləri porno və erotik xarakterli saytlara azad girişin məhdudlaşdırılmasını vacib sayırlar.

Bu barədə məlumatı “
BelTA” yayıb. İstifadəçilər, həmçinin terror təşkilatlarının və ekstremist məzmunlu məlumatlar yayan saytların girişinə də qadağanın tərəfdarıdırlar. Məzmunundan asılı olmadan bütün saytlara azad girişin lehinə olan respondentlər sorğu iştirakçılarının yalnız 5 faizini təşkil ediblər.

Qeyd edək ki, “Belarus Respublikasında internet-istifadə” adlı sosial tədqiqat 2011-ci ilin dekabrında həyata keçirilib. Ölkənin bütün yerlərini əhatə edən sorğuda 16 yaşdan yuxarı mindən artıq qlobal şəbəkə istifadəçisinin fikri telefonla öyrənilib. 
 




Baxış sayı: 965

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024