12px13px15px17px
Tarix:19/01/12

Avropa Komissiyası “Google” kompaniyası ilə bağlı istintaqa başlayır

Avropa İttifaqının antiinhisar orqanları “Google” kompaniyası ətrafında yaranan vəziyyətin analizi əsasında marta qədər yekun qərar qəbul edəcək. Avropa Komissiyasını bu addıma internet-nəhənginin rəqibləri vadar edir.

Bazarda rəqabət məsələləri üzrə avrokomissar Hoakin Almunia “Reuters” agentliyinə müsahibəsində bildirib ki, hazırda Brüsselə əvvəlki kimi “Google” kompaniyasının Avropada işləri ilə bağlı yeni materiallar daxil olur və rübün sonunda onların toplanması və sistemləşdirilməsi yekunlaşacaq.


Ekspertlər bildirirlər ki, “Google” şirkətinə qarşı Avropa İttifaqının rəsmi genişmiqyaslı antiinhisar təbliğatlarının dekabrda başlaması, amma bu ilin martından tədbirlərin görülməsinə qərar verilməsi avropalıların tələskənliyindən xəbər verir. 

Belə ki, Brüssel yaxın keçmişdə analoji istintaqı “Microsoft” və onun “Windows” əməliyyat sistemi ilə bağlı da aparıb, buna hazırlıq vəziyyəti isə 1 ildən artıq davam etmişdi. Hüquqşünasların fikrinə görə, əgər istintaq bu ilin martında başlayarsa, internet-nəhəngin fəaliyyəti ilə bağlı qərarı 2013-cü ilin martında vermək olar.
 

Qeyd edək ki, rəqibləri “Google” kompaniyasını ona məxsus məhsulları yüksəltmək və digər rəqib serverlərin məhsullarını gözdən salmaqla öz axtarış sistemindən qeyri-düzgün istifadədə günahlandırırlar.

Avropa İttifaqının antiinhisar orqanlarının apardığı istintaqın da məqsədi reklam məzmunları və internet-axtarış bazarında “Google” şirkətinin dominant rola malik olub-olmaması, reklam bazarında süni qiymət artımına yol verməsi və rəqabət mühitinin şirkət tərəfindən pozulması kimi məsələləri araşdırmaqdır.





Baxış sayı: 1239

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024