12px13px15px17px
Tarix:19/01/12

İnternet istifadəçilərinin sayı 2 milyardı ötdü

“The Royal Pingdom” resursu tərəfindən dərc edilmiş məlumata əsasən,  2011-ci ildə internet istifadəçilərinin sayı 2 milyardı ötüb. Hazırda təxminən bu rəqəm 2,1 milyard insan təşkil edir.

Resursun məlumatına əsasən, Asiyada 922,2 milyon, Avropada 476,2 milyon, Şimali Amerikada 271,1 milyon, Latın Amerikası və Karib dənizi ölkələrində 215,9 milyon insan internetdən istifadə edirlər.

Ən az internet istifadəçiləri  Afrika, Yaxın Şərq və Avstraliyadadır (Okeaniya daxil olmaqla).
Bundan əlavə, 2011-ci ilin sonunda internetdə 555 milyon sayt fəaliyyət göstərib.

“Facebook” sosial şəbəkəsi 800 milyon istifadəçi həddini keçib. “Twitter” mikrobloqlar xidməti isə 225 milyon istifadəçiyə malikdir, lakin onlardan yalnız 100 milyonu aktivdirlər.




Baxış sayı: 730

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024