12px13px15px17px
Tarix:19/01/12

2014-cü ildə server bazarına yeni çiplər “hücum”a başlayacaqlar

“ARM” şirkətinin icraçı direktoru Uorren İst korporativ avadanlıq bazarının mənimsənilməsi üzrə şirkətin planlarını ifadə edib.

Hal-hazırda “ARM” çipləri, əsasən mobil qurğularda, planşet kompyuterlərində, smartfonlarda və s-də istifadə edilir. Bəzi şirkətlər isə serverlərdə “ARM” nüvələrinin tətbiqi istiqamətində  təcrübə aparırlar.

Cənab İstin sözlərinə əsasən, onun şirkəti “ARMv8” arxitekturasında   prosessorlarla işləyən sistem nümunələrinin yaranmasından sonra 2014-cü ildə server bazarına “hücum”a başlayacaq. Qeyd edək ki, “ARMv8” – bu,  “ARM”-nin ilk 64 mərtəbəli platformasıdır.

O, 32 mərtəbəli “ARMv7” platformasının bütün üstünlüklərinə varis olub.
“ARM”-nin 64 mərtəbəli çipləri, həmçinin mikroserverlərdə də tətbiq olunacaq.
 




Baxış sayı: 1092

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024