12px13px15px17px
Tarix:30/06/11

“Dünya azərbaycanlıları” adlı yeni portal yaradıla bilər

“Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının üzvü, siyasi texnoloq Yuri Boçarov “Odnoklassniki” saytının prinsipi üzrə dünyanın bütün azərbaycanlılarının hamısını birləşdirə biləcək portalın yaradılması ideyası ilə çıxış edib.
Y.Boçarov bu ideyanı dünya azərbaycanlılarının qarşıdan gələn qurultayına həsr edilmiş “Dünya azərbaycanlılarını kim birləşdirəcək?” adlı məqaləsində irəli sürüb. “Bu sayt insanlar haqqında, onların iş yerləri və imkanları haqqında demək olar ki, istənilən informasiyanı toplamağa imkan verər, həm də xaricdə yaşayan soydaşlarımızın bir-biri ilə dostluq və işgüzar əlaqələr yaratmasına kömək edərdi. Bu, respublikanın da xeyrinə olardı” - deyə Y.Boçakov bildirib. O, daha sonra əlavə edib ki, “Vikipediya” saytının prinsipi üzrə də “Dünya azərbaycanlıları” adlı məxsusi ensiklopedik sayt yaratmaq olar və xaricdə yaşayan hər bir soydaşımız həmin sayta ödənişli əsaslarla özünün avtobioqrafik məlumatlarını daxil edər, həyat yolu barədə söhbət açar, təcrübə mübadiləsi aparar.
Qeyd edək ki, belə saytların yaradılması ilə bağlı müxtəlif vaxtlarda müxtəlif fikirlərlə çıxış edilib. Onu da bildirək ki, bu, Azərbaycan xalqının mədəni irsinin və nailiyyətlərinin yayılması məsələsində, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında yaxşı təbliğat vasitəsinə çevrilə bilər.



Baxış sayı: 926

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024