12px13px15px17px
Tarix:23/01/12

İkinci telekommunikasiya peykinin hazırlanması istiqamətində işlərə başlanılıb

Azərbaycan Respublikasının ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması məqsədilə görülən işlər uğurla davam  etdirilir. Artıq peykin istehsalı və orbitə çıxarılması xərclərinin maliyyələşdirilməsi məqsədilə xarici maliyyə institutları ilə kredit sazişləri bağlanıb.

Eyni zamanda, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəznin tikintisi məqsədilə  "Azərkosmos" ASC-yə torpaq sahəsi ayrılıb və hazırda  tikinti işləri aparılır. 2012-ci ilin iyun ayına Mərkəzlin tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Peykin 2012-ci ilin IV rübündə geostasionar orbitə çıxarılacağı planlaşdırılır.
Eyni zamanda, aşağıorbitli məsafədən zondlama peyklərinin və 2-ci telekommunikasiya peykinin hazırlanması istiqamətində də işlərə başlanılıb.
 




Baxış sayı: 1415

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024