12px13px15px17px
Tarix:23/01/12

Avropa komissarı Nili Kroes Amerikanın "SOPA" qanun layihəsini açıq şəkildə tənqid edib

Rəqəmli siyasət məsələləri üzrə Avropa komissarı Nili Kroes Amerikanın "SOPA" (Stop Online Piracy Act) qanun layihəsini tənqid edən insanlara dəstək verib.

Müşahidəçilər bildiriblər ki, Avropanın yüksəkvəzifəli məmurları nadir hallarda Amerika qanunlarını şərh edirlər, lakin bununla belə Avropanın ən nüfuzlu siyasətçilərindən biri olan Nili Kroes "SOPA" qanun layihəsini tənqid edib.

"Bu kifayət qədər düşünülməmiş qanun layihəsi ilə internetin üstünlüklərini məhdudlaşdırmaq lazım deyil" - Nili Kroes "Twitter" xidmətindəki öz mikrobloqunda bildirib.

Məlumat üçün qeyd edək ki, "SOPA" qanun layihəsi hal-hazırda ABŞ Nümayəndələr Palatasında müzakirə olunur. Qanunun əsas mahiyyəti müəllif hüququ qorunmuş məzmunu qanunsuz  yerləşdirilməsinə görə internet-layihələri bağlamaq imkanından ibarətdir. Keçən həftə "SOPA" qanun layihəsinə qarşı "Wikipedia", "Facebook", "Google", "Reddit" və digər internet şirkətləri öz etirazlarını bildiriblər.



Baxış sayı: 1144

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024