12px13px15px17px
Tarix:23/01/12

Hakerlər hökumət saytlarına hücuma başlayıb

“Megaupload.com” layihəsinin təşkilatçılarının həbs edilməsindən sonra haker qruplaşmaları hökumət saytlarına və böyük media-şirkətlərin internet resurslarına hücum seriyaları həyata keçiriblər.

Cümə günündən etibarən ABŞ-ın Federal Təhlükəsizlik (FTB), Ədliyyə Nazirliyi və MPAA (Motion Picture Association of America) təşkilatının saytları haker trafikinin böyük axını ilə mübarizə aparırlar. Hücumların əksəriyyətinə görə “Anonymous” haker qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Məlumat üçün qeyd edək ki, cümə günü səhər Yeni Zellandiyada “Megaupload.com” layihəsinin dörd operatoru saxlanılıb. Onlara qarşı  internetdə pirat məzmununun yerləşdirilməsi, maliyyə fırıldaqçılığı və s. ilə bağlı ittihamlar irəli sürülüb. Cümə günü “Megaupload.com” saytının operatorları Yeni Zellandiyada məhkəmə qarşısında cavab veriblər.

Hakim bildirib ki, Honkonqda qeydiyyatdan keçmiş “Megaupload” saytı öz fəaliyyəti ilə bağlı hüquq sahiblərinə 500 milyon dollar dəyərində zərər vurublar. Bundan əlavə, pirat məzmun reklamından onlar qeyri-qanuni olaraq təxminən 175 milyon dollar qazanıblar.

Bu hadisədən bir neçə saat sonra “Anonymous” qrupundan olan aktivistlər bildiriblər ki, hökumət və musiqi saytlarına çox güclü hücum ediləcək. "FTB elə bilirdi ki, canını asanlıqla qurtaracaq. “Anonymous”-dan cavab gözləmək lazım idi" – “Twitter” xidmətində qrupun bloqunda bildirilib. Bir qədər sonra isə bu bloqda xəbər verildi ki, artıq hücum başlanıb və 10 sayt “sındırılıb”.

Şənbə günü səhər “Universal Music”-in saytı hələ də açılmırdı. Saytda  serverdə texniki işlərin aparılması ilə bağlı informasiya yerləşdirilmişdi. Şənbə günü, həmçinin Fransanın “Hadopi” antipiratçılıq agentliyinin saytı da açılmayıb. “Anonymous” haker qruplaşmasının siyahısında olan digər saytlara da cümə və şənbə günlərində daxil olmaq mümkün olmayıb.

Cümə və şənbə günləri, həmçinin Fransa prezidenti Nikolya Sarkozinin saytına da hücüm edilib. Sarkozi Avropada piratçılıqla ən fəal  mübarizə aparanlardan biri kimi tanınır. Bundan əlavə, Fransa rəsmi Vaşinqtonu antipiratçılıq təşəbbüslərində kifayət qədər tez-tez dəstəkləyirdi.

Cümə günü axşam Fransa prezidentinin rəsmi saytında - “Elysee.fr”  “Anonymous” haker qruplaşması üçün ənənəvi “We Are Legion” şüarı  yerləşdirilib, lakin artıq şənbə günü səhər administratorlar problemi həll etmişdilər.

Saytların monitorinqini həyata keçirən “Sophos” antivirus şirkətinin məlumatına əsasən, yuxarıda qeyd olunan resurslara “DDOS” trafikin əhəmiyyətli hissəsi Belizə məxsus olan “.bz” domen zonasındakı  serverlərdən olub.




Baxış sayı: 1528

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024