12px13px15px17px
Tarix:23/01/12

“İPv6” protokoluna keçid 6 iyun tarixində baş verəcək

6 iyun tarixində “Facebook”, “Google”, “Microsoft” və “Yahoo!” daxil olmaqla, iri provayder və internet-şirkətlər “İPv6” protokolunun dəstəklənməsini təmin edəcəklər.

Hazırkı “İPv4” 32 mərtəbəli protokoldur; onda internet-ünvanların maksimal sayı 4,3 milyard təşkil edir. Nə vaxtsa bu say əlçatmaz görünürdü, lakin hal-hazırda “İP” ünvanların çatışmazlığı problemi yaşanır.

“Cisco” şirkətinin  proqnozlarına əsasən, onilliyin ortalarında internetə çıxış imkanı olan qurğu   və müxtəlif elektron cihazların sayı təxminən 15 milyarda çatacaq, yəni Yer kürəsi əhalisinin sayını təqribən 2 dəfə ötəcək.

128 bitlik “İPv6” protokolu 340 282 366 920 938 463 463 374 607 431 768 211 456 sayda ünvan təmin edəcək. Bu sayın nə vaxtsa bitəcəyini təsəvvür etmək belə çətindir.

“İPv6” protokoluna keçid üçün provayderlərə aparat bazasını yeniləmək, lazımi sazlamaları etmək və digər texniki məsələləri həll etmək lazımdır. Bir çox şirkətlər artıq yeni standartın tətbiq edilməsinə başlayıblar.




Baxış sayı: 1475

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024