12px13px15px17px
Tarix:24/01/12

Ən böyük sərt disk istehsalçısı hesabat verib

Sərt disk istehsalçısı “Western Digital” (WD) şirkəti bu gün ikinci maliyyə rübü üzrə məlumat verib. Hesabat rübündə “WD” şirkətinin satış həcmi 2 milyard dollar təşkil edib.

Qeyd edək ki, şirkət 1 il əvvəl analoji dövrdə 2,5 milyard dollar əldə edib. Lakin şirkət tərəfindən elan edilmiş nəticələr “Wall Street” proqnozundan yuxarı olub.

Hesabat rübündə “WD” şirkəti bazara 28,5 milyon yeni sərt disk tədarük edib. 1 il əvvəl isə bu göstərici 52,2 milyon təşkil edib. Tədarük həcminin bu qədər azalmasına isə Taylandda baş vermiş daşqın səbəb olub. Rüblük məlumatların dərc edilməsindən sonra “Western Digital”-ın səhmlərinin məzənnəsi 4,8% artaraq 36,39 dollar təşkil edib.

“WD” şirkətinin baş direktoru Con Koyn bildirib ki, şirkət daşqınla əlaqədar sərt disk tədarüklərində yaranmış problemi cari ilin yayına kimi aradan qaldırmaq niyyətindədir.




Baxış sayı: 1141

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024