12px13px15px17px
Tarix:30/06/11

Naxçıvanda informasiya və rabitə xidmətlərinin həcmi artıb

Yanvar-may aylarının yekunlarına görə, Naxçıvan Muxtar Respublikası üzrə informasiya və rabitə xidmətlərinin həcmi 16,177 milyon manat təşkil edib. Bu, ötən ilin analoji göstəricisi ilə müqayisədə (2010-cu ildə xidmətlərin həcmi 13,554 milyon manatdan çox olub) 19,3 faiz çoxdur. Bu barədə MR-ın Bakıdakı Daimi nümayəndəliyinin məlumatında deyilir. Məlumata əsasən, göstərilən xidmətlərin ümumi həcmindən (pul vahidində 14 milyon manata yaxın) 85,9 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb.
Qeyri-dövlət müəssisələrinin göstərdikləri rabitə xidmətlərinin həcmi ötən ilin analoji göstəricisi ilə müqayisədə 20,3 faiz artıb. İlin 5 ayının yekunlarına görə, NMR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri tərəfindən 2 milyon manatdan çox məbləğdə xidmət göstərilib. Bu, 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə 8,6 faiz çoxdur. Muxtar Respublikanın ümumi istifadəli telefon şəbəkəsinin nömrə tutumu yanvar-may aylarının yekunlarına görə, 906 ədəd artıb.



Baxış sayı: 1045

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024