12px13px15px17px
Tarix:25/01/12

İnformasiya texnologiyalarından faydalı istifadə ilə bağlı layihələr qəbul olunur

Gənclər və İdman Nazirliyi gənclər təşkilatları arasında dövlət gənclər siyasətinin 11 istiqaməti üzrə layihələrin qəbuluna başlayıb. Nazirlikdən “İCTnews” elektron xəbər xidmətinə  verilən məlumata görə, bu istiqamətlərdən biri də “Gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği”dir.

Layihənin yazılış formasına, eləcə də büdcəsinin hazırlanmasına dair təlimatı adıçəkilən nazirliyin rəsmi internet səhifəsindən (www.mys.gov.az) əldə edə bilərsiniz.  Layihələr  2012-ci il yanvarın 16-dan fevralın 16-dək nazirliyin  Ekspert-Məsləhət Şurasına çap və CD diskdə elektron formada təqdim olunmalıdır.




Baxış sayı: 1300

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024