12px13px15px17px
Tarix:25/01/12

Yaxın gələcəkdə Azərbaycan İKT-nin inkişafına görə qabaqcıl ölkələr sırasında olacaq

Azərbaycan Respublikası sürətli inkişaf yolundadır. Ulu öndər Heydər Əliyevin başladığı islahatlar bu gün davamlı olaraq həyata keçirilir və ölkəmiz inkişaf tempinə görə qabaqcıl ölkələr sırasındadır.

Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti Azərbaycanı sürətli islahatlar ölkəsi kimi tanıtıb. Bu inkişafın nəticəsidir ki, respublikamız artıq regionda lider dövlətə çevrilib. 

Azərbaycan 2011-ci ili də yüksək nailiyyətlərlə başa vurmuşdur. Bu yaxınlarda Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən cənab Prezident deyib: "2011-ci il tarixdə uğurlu il kimi qalacaqdır.

Çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir". Cənab Prezident bu uğurların qazanılmasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də müstəsna xidmətləri olduğunu da xüsusi vurğulanıb. Ən mühüm nailiyyətlərimiz İKT-nin inkişafı ilə bağlıdır.

Bu gün Azərbaycanda İKT sektoru davamlı inkişaf edir, əldə edilən gəlirlərin həcmi artır, bu sektorun iqtisadiyyatda rolu getdikcə yüksəlir, göstərilən xidmətlərin keyfiyyəti və çeşidi artır, modernləşdirmə tədbirləri həyata keçirilir. 2011-ci ildə də bu istiqamətdə əhəmiyyətli işlər həyata keçirilib.

Belə ki, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 1314,9 milyon manat təşkil edib.

Hazırda respublika üzrə orta aylıq əməkhaqqı 355,7 manat təşkil edir. Ölkə üzrə telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 638,9 manat, poçt sektorunda isə 187,5 manat təşkil edib ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 8,3 faiz və 33 faiz çoxdur.

Ölkənin rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçilərin sayı 24566 nəfər təşkil edib ki, bu da ölkə üzrə iqtisadiyyatda çalışanların 1,8 faizini təşkil edir. Nazirlik sektorda effektiv dövlət siyasətini həyata keçirməklə yanaşı, tabeçiliyində olan birlik və müəssisələrin davamlı inkişafına da xüsusi diqqət yetirir.

2011-ci ildə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 144,5 milyon manat investisiya qoyuluşu həyata keçirilib. Ümumilikdə 2011-ci ildə sektora 415,0 milyon manat investisiya qoyulmuşdur ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur.

Respublikada sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində hesabat dövründə 15 ədəd ATS rekonstruksiya olunmuş, 60 yeni ATS istifadəyə verilmiş, 22 ATS-də genişləndirmə işləri aparılıb.

2011-ci ildə "Azercell Telecom" və "Bakcell LTD" MMC-yə də 3G xidmətlərinin tətbiqi ilə bağlı lisenziya verilmiş və nəticədə hesabat ilində 3G abunəçilərinin sayı 2 milyona çatıb. Hazırda ölkənin mobil operatorları ilə birgə 4-cü nəsil (4G-LTE) texnologiyasının Azərbaycanda tətbiq edilməsi üzərində işlərə başlanılıb.

Azərbaycan Respublikasının ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması məqsədilə görülən işlər hesabat dövründə də davam etdirilib. Artıq peykin istehsalı və orbitə çıxarılması xərclərinin maliyyələşdirilməsi məqsədilə xarici maliyyə inistitutları ilə kredit sazişləri bağlanıb.

Həmçinin, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzlərinin tikintisi məqsədilə "Azərkosmos" ASC-yə torpaq sahəsi ayrılmış və tikinti işləri aparılır. 2012-ci ilin iyun ayına Mərkəzlərin tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Peykin 2012-ci ilin IV rübündə geostasionar orbitə çıxarılacağı planlaşdırılır. Eyni zamanda, aşağıorbitli məsafədən zondlama peyklərinin və 2-ci telekommunikasiya peykinin hazırlanması istiqamətində də işlərə başlanılıb.

Telekommunikasiya şəbəkəsinin tam rəqəmsal sistemə keçidi nəzərə alınaraq, respublikamızda ilk dəfə olaraq, dördrəqəmli nömrə resurslarının tətbiqinə başlanılmış və RİTN-də fəaliyyət göstərən "Qaynar xətt"ə yeni dörd rəqəmli "1655" prefiksi ayrılıb. 2011-ci ildə müxtəlif tipli avadanlıqların mülki dövriyyəsinə 322 ədəd xüsusi icazə, müxtəlif tipli telekommunikasiya vasitələri və qurğularına 1128 ədəd "Uyğunluq sertifikatı" verilib.

Tənzimləmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə "Mobil cihazların qeydiyyatının aparılması Qaydası" hazırlanmış və Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 saylı qərarı ilə təsdiq edilmiş, habelə "Sellular (mobil) nömrə daşınması Qaydası" hazırlanmış və Ədliyyə Nazirliyində 16 fevral 2011-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Ötən il informasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülmüşdür.

Belə ki, hesabat dövründə Açıq Açar infrastrukturu qurulmuş və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmış 2011-ci ilin sentyabr ayından elektron imzanın tətbiqinə başlanılıb. Həmçinin, "elektron hökumət şlüzü" və "elektron hökumət portalı" yaradılıb.

Hazırda 15 dövlət orqanı bu infrastruktura qoşulmuş və onlar tərəfindən "elektron hökumət portalı" vasitəsilə göstəriləcək elektron xidmətlərin sayı 60-a çatdırılıb. 2011-ci il oktyabr ayının 1-dən etibarən aztelekom.net və bakinter.net üzrə genişzolaqlı internet tarifləri təqribən 30-50 faiz aşağı endirilib.

Respublikada internet infrastrukturunun inkişaf etdirilməsi məqsədilə "Azərbaycan Respublikasında 2011-2015-ci illərdə genişzolaqlı internet xidmətlərinin inkişafı üzrə Fəaliyyət Proqramı" hazırlanıb.

"Xalq kompyuteri" layihəsi 2011-ci ildə də uğurla həyata keçirilmiş və layihə çərçivəsində ali və ümumtəhsil məktəblərinin müəllim, tələbə və şagirdləri 16 000 ədəd kompyuter əldə edib.

Heydər Əliyev Fondu ilə birgə Yevlax şəhərində əlillər və korlar üçün Regional İnformasiya Texnologiyaları Mərkəzi yaradılıb və növbəti ilin I yarımilliyində istifadəyə verilməsi nəzərdə tutulur.

 Həyata keçirilmiş tədbirlər nəticəsində hesabat dövründə əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı isə 65 bərabər olmuşdur ki, bu da 2010-cu illə müqayisədə müvafiq olaraq 30 faiz çoxdur.

Hazırda respublika üzrə hər 100 nəfərə təxminən 30 genişzolaqlı internet istifadəçisi düşür ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur.

Azərbaycanda İKT sahəsində əldə olunmuş nəticələr Davos Dünya İqtisadi Forumunun və Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatlarında yükəsk qiymətləndirilib. Bu il ölkəmizdə keçiriləcək "Eurovision-2012" beynəlxalq əhəmiyyətli mahnı müsabiqəsi münasibətilə ölkəmizdə rabitə sahəsində bir sıra mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə start verilib.

RİTN-in 28 noyabr 2011-ci il tarixli 209 saylı əmri ilə təsdiq edilmiş "Azərbaycanda "Eurovision - 2012" mahnı müsabiqəsinin təşkili ilə bağlı" Tədbirlər Planı təsdiq olunmuş, komissiya yaradılmış və nəzərdə tutulmuş işlərin icrası istiqamətində ciddi tədbirlər görülür.

Ölkəmiz üçün yeni sahə olan İnformasiya texnologiyaları (İT) sektoru son illər dinamik inkişaf etməkdədir. Belə ki, son 5 il ərzində İT sektoru 2,5 dəfə, genişlənmiş, hesabat ilində isə əvvəlki illə müqayisədə 1,4 dəfə artıb.

2011-ci ildə ölkənin İT sahəsində artım maqnit və optik daşıyıcıların istehsalında 2,1 dəfə elektro və radioelementlərin istehsalında 37,2 faiz, elektron platalarının istehsalında 22,6 faiz və s. olmuşdur.

Ölkənin İT şirkətlərinin öz məhsullarını beynəlxalq bazarlara çıxarması, yeni bazarların tapılması məqsədilə hesabat dövründə həm yerli, həm də beynəlxalq səviyyəli sərgilərdə İT şirkətlərinin öz məhsullarını nümayiş etdirmələri üçün nazirlik tərəfindən lazımi köməklik göstərilib.

Belə ki, hesabat dövründə Moskva şəhərində keçirilmiş "SvyazExpoKom-2011" beynəlxalq sərgi-konfransında, "CeBİT Bilişim Eurasia - 2011" beynəlxalq sərgi-konfransında, "ITU Telecom World 2011" beynəlxalq telekommunikasiya sərgi-konfransında, "BakuTel-2011" 17-ci Beynəlxalq telekommunikasiya sərgi-konfransında yerli şirkətlərin iştirakı təmin edilmiş, həmçinin ABŞ-Azərbaycan və Fransa-Azərbaycan İKT forumları keçirilib.

Ötən il ölkədə nanomaterialların, energetik texnologiyaların, nanorobotlar və bionanorobotların alınması və praktikada bilavasitə tətbiq olunması istiqamətində işlər aparılıb.

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən rəngli və ağ işıq mənbələrinin (İşıq diodları) prototipləri hazırlanmış, özünüquraşdırma üsulu ilə profirin nanoboruları alınmış, yüksək təmizliyə malik karbon nanostrukturları sintez olunmuşdur.

Məlumat Hesablama Mərkəzi tərəfindən "AzDataKom"şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Digər rayonların şəbəkəyə qoşulması istiqamətində işlər davam etdirilir.

Hazırda "Azdatakom" şəbəkəsinin 879 əhali, 1058 təşkilat abunəçisi vardır. Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2011-ci il ərzində "Teleradio" İB tərəfindən 74 ədəd müxtəlif təyinatlı avadanlıqlar qurularaq istismara verilmiş və Nazirlər Kabinetinin 10 fevral 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"na uyğun olaraq, hesabat dövründə respublika əhalisinin yaşadığı ərazilərin 85 faizi açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib.

2011-ci ilin yanvar ayında Mədəniyyət TV açılmış və yayım əhatəsi 60 faizə çatdırılıb. 2011-ci ildə DRİ tərəfindən 885 müəssisə və təşkilatlarda istismar olunan radioelektron vasitələrinə texniki baxış keçirilmiş və müvafiq texniki baxış aktları tərtib olunmuşdur.

Texniki baxış zamanı dövlət qeydiyyatından keçməyən 1174 ədəd REV aşkarlanıb. Onlardan 400 ədədi möhürlənmiş, 457 ədədi qeydiyyata salınmış, 40 ədədi istismardan silinmiş, 217 ədədinin qeydiyyata alınması üçün isə müvafiq tədbirlər görülür.

2011-ci ildə "Azərpoçt" MMC-nin xidmət şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Ötən il 26 poçt şöbəsi binasının tikintisi başa çatdırılmış, Mərkəzi Bankın tələblərinə uyğun 4 PF-də xəzinə qovşaqları istifadəyə verilmiş, 8 inzibati binanın və 7 poçt şöbəsi binasının əsaslı təmir işləri başa çatdırılıb.

2011-ci ildə "Azərpoçt" MMC-nin PF-lərinin tabeliyində olan PŞ-ində struktur islahatları həyata keçirilmiş, normativlərə uyğun gəlməyən PŞ-lərin bağlanması və yeni PŞ-nin açılması yönümündə bir sıra işlər görülmüşdür.

Hesabat dövründə 8 PŞ və 5 poçt agentliyi açılıb. 2011-ci ildə respublika üzrə pul baratı qəbul edilməsi və ödənilməsi, daxili sadə və sifarişli məktub korrespondensiyası, daxili bağlamalar və beynəlxalq bağlamaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

"Azərpoçt" MMC beynəlxalq bağlamaların axtarışına dair Ümumdünya Poçt İttifaqının (ÜPİ) "Kriket" sorğu sistemi vasitəsi ilə hazırda dünyanın 138 ölkəsi ilə əməkdaşlıq edir.

"Azərpoçt" MMC dünyanın 59 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair operativ elektron sorğu sistemindən istifadə edir. MDB ölkələri içərisində ilk dəfə olaraq Azərbaycan poçt administrasiyası beynəlxalq sifarişli poçt göndərişlərinin izləmə və sorğu sisteminə qoşulmuşdur.

Dünya Bankının maliyyə dəstəyi ilə respublikamızda həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin nəticəsi olaraq, poçt şöbələri tərəfindən yeni bank-maliyyə xidmətləri göstərilir və tətbiq səviyyəsi genişləndirilir.

2011-ci ilin avqust ayından poçt şöbələri tərəfindən Dövlət Yol Polisinin cərimə haqlarının yığımına başlanılıb. Maliyyə xidmətlərinin göstərilməsi məqsədilə 2011-ci il ərzində "Azərpoçt" MMC-nin Mərkəzi Bankın AZİPS və XÖHKS sistemlərinə, eləcə də SWIFT sisteminə qoşulması tam başa çatdırılıb.

"Azərpoçt" MMC-nin "Azərekspresspoçt" Rabitə Müəssisəsi 2010-cu ilin yekunlarına əsasən ÜPİ-nin EMS Kooperativinin keyfiyyətin yaxşılaşdırılması üzrə qızıl səviyyəli Sertifikatına yiyələnib. Məlumat üçün bildirim ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli 02 saylı qərarı ilə universal poçt rabitəsi xidmətlərinin yeni tarifləri təsdiq edilib.

Yeni tariflərin qüvvəyə minməsi "Azərpoçt" MMC-nin hesabat dövründə əldə etdiyi gəlirlərin artmasına öz müsbət təsirini göstərib. 2011-ci il ərzində "Azərmarka" şirkəti tərəfindən 25 mövzuya aid 75 ədəd poçt markası, 12 ədəd poçt kartı, 7 ədəd isə poçt zərfi dövriyyəyə buraxılıb.

RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlıq, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üzrə zəruri tədbirlər keçirilmiş, bir çox tədbirlərə ev sahibliyi edilib. 2011-ci ilin 25-26 may tarixlərində ABŞ-Azərbaycan İKT forumu, 6-7 iyun tarixlərində isə Fransa-Azərbaycan İKT forumu keçirilib.

"Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi arasında innovasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ABŞ-ın Cənubi Kaliforniya Universiteti arasında Anlaşma Memorandumu" və Azərbaycanın dövlət strukturlarında istifadə edilən kompyuterlərin "Microsoft" şirkətinin proqram təminatı ilə lisenziyalaşdırılmasına dair sənəd imzalanıb.

23-26 noyabr 2011-ci il tarixlərində 17-ci "BakuTel-2011" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı keçirilib.

Ölkə Prezidenti cənab İlham Əliyev sərginin açılış mərasimində iştirak edib. Sərgidə dünyanın 30 ölkəsindən 250 şirkətin məhsul və xidmətləri nümayiş etdirilmiş və sərgi çərçivəsində 2 beynəlxalq əhəmiyyətli tədbir keçirilib.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ABŞ-a, Çinə, Avstriyaya,Türkiyəyə, Ukraynaya və beynəlxalq təşkilatlara səfərləri, keçirdiyi ikitərəfli görüşlər və qəbul olunmuş sənədlər ölkəmizdə İKT-nin inkişafına müsbət təsir göstərib.

Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş ərazilərdən didərgin düşmüş məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması barədə dövlət proqramına uyğun olaraq, respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlərə və "Rabitəçi" istirahət düşərgəsində yaşayan rabitəçi köçkünlərə nazirlik tərəfindən 631,1 min manat həcmində maliyyə və ərzaq yardımı göstərilib.

Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də RİTN tərəfindən idmanın inkişafına yaxından köməklik göstərilməsi məqsədi ilə "Rabitəçi" İdman Klubuna 561,5 min manat vəsait ödənilib.

İdmançılara göstərilmiş qayğı nəticəsində rabitəçi idmançılar respublika birinciliyində və beynəlxalq yarışlarda iştirak edərək 31 qızıl, 29 gümüş və 42 bürünc medala layiq görülmüşlər.

Həmçinin, "Rabitə Bakı" voleybol komandası 2010/2011 Azərbaycan Çempionatının I və II dövrələrinin nəticələrinə görə birinci yeri tutaraq, ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olmuş və Qətərin paytaxı Doha şəhərində keçirilmiş dünya çempionatında bütün rəqiblərini məğlub edərək dünya çempionu adını qazanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda Azərbaycanda rabitənin inkişafına yüksək qiymət vermiş, İKT sektorunun perspektiv gələcəyi ilə bağlı müsbət fikirlər söyləmiş və xüsusi tapşırıqlar verib.

Bütün bunlar bizi ruhlandırmaqla yanaşı qarşımızda çox böyük vəzifələr qoyur və məsuliyyətimizi daha da artırır. 2012-ci ildə qarşıda həlli vacib tapşırıqlar durur.

Ölkənin ilk telekommunikasiya peykinin orbitə çıxarılması, ölkə ərazisində rəqəmsal yayımın ölkənin bütün ərazisində təşkilinə nail olmaq, mərkəzləşdirilmiş avtomatik radiomonitorinq şəbəkəsinin qurulmasına başlanılması, e-imzanın tətbiqinin genişləndirilməsi, elektron hökumət infrastrukturnun qurulması və istismarı, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, yüksək texnoloji və elmtutumlu nanomaterialların, energetik texnologiyaların, nanorobotlar və bionanorobotların alınması və praktikada bilavasitə tətbiq olunması, telekommunikasiya və poçt infrastrukturunun modernləşdirilməsi, ölkəmizdə keçiriləcək "Eurovision-2012" beynəlxalq əhəmiyyətli mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üzrə zəruri işlərin görülməsi bu qəbildən olan tədbirlərdir.Hazırda bu istiqamətlərdə işlər uğurla davam etdirilir. Şübhəsiz, 2012-ci ili də uğurla başa vuracağıq.
 


Vidadi ZEYNALOV,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri
 




Baxış sayı: 1697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2019

22/11/19
Toxunuşları məsafədən hiss etməyə imkan verəcək simsiz sensor hazırlanıb

Çin və ABŞ alimlərindən ibarət qrup tərəfindən virtual və əlavə edilmiş reallıq üçün yeni simsiz interfe

22/11/19
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur

Saray qəsəbəsi, Atyalı Nübar qəsəbəsi, Novxanı bağları, Goradil, Məhəmmədli, Qobustan kəndi, Çaylı, Pirək

22/11/19
İşıq vasitəsilə internet bağlantısı qurulacaq

“Signify” şirkəti avtobusların işıq dalğaları vasitəsilə “Trulifi” adlı genişzolaqlı internet bağlantısı

22/11/19
Çexiyada iri İT şirkətləri üçün xüsusi vergi tətbiq ediləcək

Çexiya hökuməti ölkədə böyük texnoloji şirkətlər, o cümlədən “Google” və “Facebook”

22/11/19
YUNESKO süni intellekt sahəsində etik normalar hazırlayacaq

YUNESKO-ya üzv dövlətlər təşkilata süni intellekt sahəsində etik normalar hazırlamağı tapşırıblar. Bu haq

22/11/19
“WhatsApp” messencerində “Windows” sistemli mobil qurğuların dəstəklənməsi dayandırılacaq

"WhatsApp" messencerinin "Windows Phone" və "Windows 10 Mobile"

22/11/19
Rusiyalı fiziklər yüksəksürətli siqnalın uzaq məsafəyə ötürülməsi üzrə rekorda imza atıblar

Moskva Fizika Texniki İnstitutu , “T8” şirkəti və ABŞ-ın “Corning Incorporated” korporasiyasının fiziklər

22/11/19
Populyar “Android” proqramlarında yeniləmədən sonra boşluqlar qalır

“Google Play” kataloqunda yerləşdirilmiş populyar proqramların yeni versiyaları eyni boşluqlara malikdir

22/11/19
Ümumdünya Radiorabitə Konfransı öz işini davam etdirir

Tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də nazirliyin Dövlət 

22/11/19
“Ağıllı” təkər sürücüləri təhlükəli yol barədə xəbərdar edəcək

İtaliyanın “Pirelli” şirkəti yüksəksürətli beşinci nəsil mobil rabitə şəbəkələri (5G) daxilində qoşularaq

22/11/19
İstifadəçilər “Twitter”də öz nəşrlərinə cavabları gizlətmək imkanı əldə ediblər

“Twitter” adlı sosial şəbəkəyə malik ABŞ-ın eyniadlı şirkəti istifadəçilərə öz nəşrlərinə cavabları gizlə

21 11 2019

21/11/19
Dünyada ən böyük çip təqdim edilib

“Cerebras Systems” şirkəti “Supercomputing 2019” konfransı çərçivəsində dünyada hesablama

21/11/19
Bill Qeyts tərəfindən maliyyələşdirilən şirkət günəş enerjisi sahəsində irəliləyiş edib

Günəş elektrik enerjisi sahəsində təkmilləşdirmələr uzun müddət əsasən fotoelektrik elementlərin istehsal

21/11/19
Aeroport və mehmanxanalarda istifadə üçün robot süpürgəçi təqdim olunub

600-dək marşrutu yadda saxlayan və 3 saat ərzində avtonom işləyən yeni qurğu ilk növbədə aeroport və m

21/11/19
“Xiaomi” televizorları zəlzələlər barədə xəbərdar edəcək

“Xiaomi” şirkəti Çində “Əşyalar interneti”nin inkişafına həsr edilən tədbirdə “MIUI 11”

21/11/19
Dünya dövlət təşkilatlarının “DNS” hücumlarına görə illik itkiləri milyon dollarla ölçülür

“EfficientIP” tədqiqat şirkəti Şimali Amerika, Avropa və Asiya-Sakit okean regionunun min aparıcı informa

21/11/19
“Telegram” yaradıcısı: “WhatsApp”da istifadəçi məlumatları qorunmur”

“Telegram” messencerinin yaradıcısı Pavel Durov “WhatsApp” mobil əlavə istifadəçilərini mümkün

21/11/19
Avstraliyada “Əşyalar interneti”nin təhlükəsizliyinin təmini üzrə kodeks layihəsi hazırlanıb

Avstraliya hökuməti “Əşyalar interneti”nin (IoT) təhlükəsizliyinin təmini üzrə kodeksin layihəsini dərc e

21/11/19
“Qualcomm” şirkəti “5G” smartfonlarının tədarük həcminin ildə 170%-dək artmasını proqnozlaşdırır

2021-ci ildə istehsalçılar “5G” şəbəkələrini dəstəkləyən təxminən 450 milyon smartfon tədarük edəcəklər,

21/11/19
“Microsoft”un korporativ messencerinin auditoriyası 20 milyon istifadəçini ötüb

“Microsoft Teams” korporativ messencerinin aktiv auditoriyasının sayı 20 milyondan çoxdur. 2019-cu ilin

21/11/19
“Facebook” memlərin hazırlanması üçün mobil tətbiqini sınaqdan keçirir

“Facebook” şirkəti istifadəçilərə ən populyar memlərin müxtəlif variantlarını hazırlamağa imkan verən yen

21/11/19
Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında gizlilik qaydalarını pozan tətbiq “Google Play Store” və “App Store”dan silinib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Ghosty” tətbiqi