12px13px15px17px
Tarix:26/01/12

İnternet-sorğu işçilərin 82 faizinin aldadıldığını üzə çıxarıb

Ümumrusiya internet-sorğusu maraqlı nəticələr üzə çıxarıb. “rabota@mail.ru” portalının apardığı sorğuda məlum olub ki, işçilərin 82 faizi işəgötürənlər tərəfindən aldadılır.

Bu barədə məlumat yayan “www.innov.ru” saytında bildirilir ki, əməkdaşların əksəriyyəti yalan vədlərlə qarşılaşıblar. Rəyi soruşulan respondentlərin 34 faizi onlara vəd olunan əməkhaqqının deyilən məbləğdən az ödənildiyini bildirib.

Onların 26 fazi isə işlərinə görə ümumiyyətlə əməkhaqqı almadıqlarını vurğulayıblar. Respondentlərin 28 faizi işəgötürənlərin onlara karyera yüksəlişi vəd etsə də, buna əməl etmədiyini deyib.

Sorğu iştirakçılarının 15 faizi isə hələ də onlara söz verilən mükafatı ala bilmədiklərindən şikayətlənib. Maraqlıdır ki, işçilərin böyük əksəriyyəti bu barədə susmamağın tərəfdarıdırlar. Məsələn, onların 58 faizi vəd edilənlərlə bağlı rəhbərliyə xatırlatma etdiklərini deyirlər.

Amma təəssüf ki, bu addımın da heç bir xeyri olmayıb. İşəgötürənləri verdiyi vədlərə hədələrlə məcbur etməyə çalışan işçilərin sayı isə 3 faiz olub. Nəhayət, yalan vədlərlə razılaşmayıb işi tərk edənlər 66 faiz təşkil edib. İşəgötürənlərə inamını tamamilə itirənlər isə 87 faiz olub. Yalnız 10 faiz onların nə zamansa verdikləri vədə əməl edəcəklərinə ümid edərək gözləməkdədirlər.



Baxış sayı: 1163

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024