12px13px15px17px
Tarix:30/06/11

“Pic3D” plyonkası adi ekranı 3D panelə çevirəcək

Yapon şirkəti “Global Wave” “Pic3D” plyonkasını hazırlayıb. Onun sayəsində adi ekranda stereoskopik təsvirə baxmaq olar. “Pic3D”-nin iş prinsipi pilləli linzalar sistemindən istifadəyə əsaslanıb. “Global Wave” bəyanatına əsasən plyonka işığın 90%-ni keçirdir və görünüş bucağı 120 dərəcəyə qədər təşkil edir. Bu halda həcmli şəklə baxış üçün xüsusi eynək tələb olunmur. “Global Wave” 12,1 (1280×800 piksel), 15,6 (1366×768 nöqtə), 21,5 (1920×1080 piksel) və 23 (1920×1080 nöqtə) düym ekranlar üçün plyonkalar hazırlamağı planlaşdırır. Bundan başqa “iPad 2” planşeti, “iPhone” kommunikatorları və “iPod touch” pleyeri üçün “Pic3D” versiyası təklif ediləcək. 3D təsvirə baxış üçün xüsusi proqram təminatını (Windows və iOS platformaları üçün variantlar hazırlanmış) quraşdırmaq lazım olacaq. “Pic3D” satışlarına avqustda başlanılacaq; plyonkanın qiyməti ölçüdən asılı olaraq 25 dollardan 186 dollara qədər təşkil edəcək.







Baxış sayı: 1073

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024