12px13px15px17px
Tarix:27/01/12

Smartfon sahibləri daha tez-tez planşet alırlar

“İpsos MORİ” şirkəti keçirdiyi tədqiqatın nəticələrini elan edib.“Google” şirkətinin sifarişi üzrə toplanılmış statistika 2011-ci ilin oktyabr ayından dekabra qədərki dövrü əhatə edir. Məlumatlar ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Yaponiya ölkələri üzrə toplanılıb.

Smartfon və planşetlər sürətlə populyarlaşır. Əksinə, netbuklara tələbat azalmağa davam edir.
ABŞ və Fransa əhalisinin 38%-i smartfonlardan istifadə edir . Böyük Britaniya, Almaniya və Yaponiya üçün bu göstərici müvafiq olaraq, 45%, 23% və 17%-ə bərabərdir.

Hesabat müəllifləri həm də qeyd edirlər ki, smartfon sahibləri daha tez-tez  planşet fərdi kompyuterləri alırlar. Məsələn, ABŞ-da 17%, Böyük Britaniyada isə 10% smartfon sahibinin planşeti var.




Baxış sayı: 1141

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024