12px13px15px17px
Tarix:27/01/12

Virus təhlükəsinin artması antivirus şirkətlərini gücləndirir

“Symantec” şirkəti üçüncü maliyyə rübünün yekunu haqqında hesabat verib. Populyar antivirus istehsalçısının mədaxili kompyuter təhlükəsizliyini  təmin edən proqram məhsullarına olan tələbat sayəsində 82% artıb.

“Symantec” şirkətinin xalis mənfəəti 240 milyon dollar təşkil edib. Əməliyyat gəliri 15% artıb. “Symantec” şirkətinin mədaxili 6,9% artaraq  1,72 milyard dollar təşkil edib.

Bundan əlavə bildirilib ki, “Symantec” şirkətinin Direktorlar şurası 1 milyard dollar dəyərində əlavə səhmin satın alınmasını təsdiqləyib. “Symantec” şirkətinin prezidenti və əsas icraçı direktoru Enrike Salem qeyd edib ki, bu qərar şirkətin öz gücünə güvəndiyinə sübutdur.

“Symantec” şirkəti cari rübdə əməliyyat gəlirinin 1 səhm üçün 41-42 sent təşkil edəcəyini proqnozlaşdırıb.
"Şirkət öz seqmentində sözsüz ki liderdir, onun brendi dünya səviyyəsində tanınır və görünür ki, fərdi kompyuter seqmentinin zəifləməsi onlara təsir etmir” – “FBR Capital Markets“ analitik şirkətinin mütəxəssisi Deniel İvz bildirib.




Baxış sayı: 1346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024